İngiltərənin “Liverpul” klubunun heyətinin qiyməti artmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, məşhur “Forbes” nəşri hazırkı heyətinin dəyərinin 2,15 milyard avro olduğunu açıqlayıb.
Almaniyalı baş məşqçi Yurgen Kloppun vəzifəyə təyin olunduğu vaxtda isə bu rəqəm cəmi 423 milyon avro idi. 2015-ci ilin oktyabrından indiyədək olan müddətdə heyətin qiyməti 5 dəfədən də çox – 508 faiz artıb.
Nümunə kimi Endryu Robertson göstərilir. 2017-ci ildə 9,4 milyon avroya transfer olunan şotlandiyalının indiki dəyəri 80 milyonla ölçülür. Y.Kloppun dövründə oynamağa başlayan Trent Aleksander-Arnoldun qiyməti isə 110 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi Premyer Liqanın cari mövsümündə 14 xallıq üstünlüklə liderdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı