“Keşlə”də qeyri-müəyyənlik davam edir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubunda rəhbər dəyişikliyi baş verə bilər.
Bu, paytaxt təmsilçisinin 2022/23 mövsümü üçün büdcəsindən və qarşıya qoyulacaq hədəflərindən asılı olacaq. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov SOCAR-dan ayrılacaq büdcənin miqdarına əsasən qərar verəcək.
O, Şamaxıya köçəcək və bu şəhərin adını daşıyacaq kollektivin növbəti mövsümdən iddialı komandaya çevrilməsini istəyir. Ancaq kluba ayrılacaq büdcə ürəyincə olmasa, Axundov hətta istefa verməyi də düşünür.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” hazırda Azərbaycan Premyer Liqasında 6-cı pillədə qərarlaşır. Komandanın avrokuboklara vəsiqə qazanmaq şansı, demək olar ki, qalmayıb.