[b]Addım-addım “Liverpul”a[/b]
08.06.2018 - 12:44
[b]Addım-addım “Liverpul”a[/b]

“Lion”un hücumameylli yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındı. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, “Liverpul” fransız futbolçunun transferini bitirmək üzrədi.

 

Keçidin Mersisayd klubuna 55 milyon avroya başa gələcəyi bildirilir. Bundan əlavə 5 milyon avro bonus məbləği də nəzərdə tutulub.

 

Keçidin DÇ-2018 başlamamış rəsmiləşəcəyi gözlənilir. “Lion” prezidenti Jan-Mişel Ola bir neçə gün öncə transferin dünya çempionatının startına qədər reallaşmasının mümkünsüz olduğunu desə də, görünən odu ki, danışıqların gedişində onu razı salmaq mümkün olub.

 

24 yaşlı oyunçu Fransa millisinin Klerfontendəki bazasında tibbi yoxlanışdan keçəcək.

 

Fekir uşaqlıqda “Liverpul” azarkeşi olması səbəbindən seçimini “qırmızılar”dan yana edib.

 

Qeyd edək ki, “Liverpul” “Monako”dan dayaq yarımmüdafiəçisi Fabinyonun, “Leyptsiq”dən isə mərkəz yarımmüdafiəçisi Nabi Keytanın transferlərini artıq razılaşdırıb. “Qırmızılar” həmçinin Çempionşipə yollanan “Stok Siti”nin futbolçusu Cerdan Şakiri ilə də maraqlanırlar.