[b]AFFA-nın İcraiyyə Komitəsindən 3 qərar[/b]
24.07.2018 - 12:56
[b]AFFA-nın İcraiyyə Komitəsindən 3 qərar[/b]

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, assosiasiyanın inzibati binasında baş tutan tədbirdə bir sıra qərarlar qəbul edilib.

 

Aparılmış müzakirələrdən sonra qəbul olunan qərarlardan ikisi I divizion və əvəzedicilərin çempionatı, biri isə veteranlarla bağlıdı.

 

1. 2018/2019-cu il mövsümündə I divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm I divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin.

 

2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:

 

4 futbolçu – yaş limiti olmadan

6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü

1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü

Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər

 

3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

Nüvər Xasıyev

Səfər Rəhimov