[b]AFFA rəhbərliyi FİFA-nın Konqresində[/b]
12.06.2018 - 22:58
İyunun 13-də FİFA-nın 68-ci konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Konqresdə AFFA rəhbərliyi də iştirak edəcək. DÇ-2018 öncəsi təşkil olunan yığıncaqda qurumu AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil olunacaq.
Mənbə: affa.az
0
0