[b]Ağayev “Kayrat”ın qələbəsinə şahid oldu[/b]
27.07.2018 - 00:19
[b]Ağayev “Kayrat”ın qələbəsinə şahid oldu[/b]

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa Liqasında növbəti oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz II təsnifat mərhələsində keçirilən “Kayrat” – “Alkmaar” matçında ədaləti qoruyub.

 

Qazaxıstan təmsilçisi ev oyununda 2:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz bu qarşılaşmada 5 sarı vərəqə göstərib.

 

Ağayev meydan sahiblərini 3, qonaqları 2 dəfə cəzalandırıb.