Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Mario Götze “Liverpul”un təklifini rədd etdiyini açıqlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu İngiltərə klubunun yerinə “Borussiya”nı seçdiyini söyləyib.
O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppla bu barədə söhbət etdiyini də gizlətməyib: “Vaxtilə “Bavariya”nı tərk etmək qərarına gəlmişdim. Həmin vaxt Yurgen Klopp məni “Liverpul”a dəvət etdi. Onunla birlikdə çalışmaq mənim üçün maraqlı idi. Ancaq “Borussiya”ya qoşulmağı qərara aldım. Bu, Kloppa və ya “Liverpul”a qarşı atılmış bir addım deyildi”.
Qeyd edək ki, Mario Götze “Bavariya”dan “Borussiya”ya 2016-cı ildə keçib.