Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın yeni transfer olunduğu “Astana” Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, az öncə başa çatan qarşılaşmada Qazaxıstan çempionu “Mityulland”ı qəbul edib.
Görüş “Astana”nın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahiblərindən Laslo Kleyneslerin (31, 90+4) dubluna qonaqlar Qustav Vikeymin (51) yeganə topu ilə cavab veriblər.
Matça ehtiyatdan başlayan Almeyda 76-cı dəqiqədə meydana daxil olub. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Ötən mövsümü “Qarabağ”da keçirən digər yarımmüdafiəçi Pedro Enrike isə start heyətində yer alıb və 85-ci dəqiqədə əvəzlənib.