Anası Rabionu İtaliyadan aparır - SƏBƏB
25.05.2023 - 15:26
Anası Rabionu İtaliyadan aparır - SƏBƏB

“Mançester Yunayted” heyəti gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu “Yuventus”dan yarımmüdafiəçi Adrien Rabioya elçi düşüb.

“Qırmızı şeytanlar” futbolçunun agenti olan anası ilə danışıqlara başlayıb. 28 yaşlı fransalı yarımmüdafiəçinin də İngiltərəyə köçmək istədiyi bildirilir. 

2019-cu ildə Fransa PSJ-sindən Turin klubuna transfer edilən Rabio bu mövsüm 46 matçda 11 dəfə fərqlənə bilib.

Qeyd edək ki, ötən yay italyanlar "Mançester Yunayted"in 20 milyon avroluq təklifini qəbul etsə də, oyunçunun anası müqaviləni rədd etmişdi.

0