Andre Onana yenidən milli komandada
29.08.2023 - 15:37
Andre Onana yenidən milli komandada

Andre Onana Kamerun yığmasına qayıdıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in qapıçısı Burundi ilə matça çağırılıb.

O, Afrika Millətlər Kubokunun seçmə oyununda forma geyinə bilər. Bu görüş sentyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, ötən ilin noyabrında baş məşqçi Riqober Sonqla mübahisə edən Onana yığmanın düşərgəsini tərk edib və milli karyerasını başa vurduğunu açıqlayıb.
 

0