[b]Ansi Aqolli: Proqnozum özünü doğrultdu – MÜSAHİBƏ[/b]
26.07.2018 - 01:06
[b]Ansi Aqolli: Proqnozum özünü doğrultdu – MÜSAHİBƏ[/b]

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli “Kukesi” ilə oyundan sonra vətənində “RTSH Sport”a kiçik müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli arxa xətt oyunçusu matç haqqında fikirlərini bölüşüb.

 

- Albaniya komandasına qarşı oynamaq necə hiss idi?

- Fərqli hisslər keçirdim. İllərlə Avropada müxtəlif klublara qarşı oynasam da, ilk dəfə vətənimi təmsil edən komandaya qarşı meydana çıxırdım. Emosional görüş idi.

 

- “Kukesi”nin belə çətin rəqib olacağını düşünürdünüz?

- “Kukesi” əvvəlki seçmə mərhələlərdə yaxşı, təşkilatlanmış bir komanda olduğunu göstərmişdi. Çətin oyun olacağını bilirdik.

 

- Baş məşqçi Kunqu taktiki sxemi ilə sizi təəccübləndirə bildi?

- Mən həmişə demişəm ki, Kunqu alban komandaları üçün əsl ustadı. Müdafiə olunmağı yaxşı bacarır. Oyundan öncəki proqnozum da özünü doğrultdu.

 

- Azərbaycandakı oyundan nə gözləyirsiz?

- Bu yarışın öz xüsusiyyətləri var. Hər şey 180 dəqiqədə həll olunur. Boşalmaq, arxayınlaşmaq üçün vaxt, imkan yoxdu. Dayanmada növbəti oyun haqqında düşünməyə başlayırsan. Ola bilər ki, 90 dəqiqədən artıq çəksin. Bəzi səhvlərimizi təkrarlamamalı və bütün imkanlardan istifadə edib növbəti mərhələyə yüksəlməliyik.

 

- Yəni “Kukesi” üçün şans var?

- Öz şəxsi təcrübəmdən bilirəm ki, futbol proqnozları sevmir. Burda hər şey ola bilər. Nəsə desəm, düzgün olmaz.