Arda Gülər ​​"Real Madrid"dən ayrılmaq istəmir
26.04.2024 - 13:07
Arda Gülər ​​"Real Madrid"dən ayrılmaq istəmir

La Liqa klubu "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​yayda komandasını tərk etmək istəmir.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Mənbə bildirib ki, türkiyəli futbolçunun başqa komandaya getmək istəyi ilə bağlı yayılan xəbərlər doğru deyil.

19 yaşlı Gülər ​​hazırkı İspaniya La Liqasında cəmi 5 matça çıxıb, 1 qol vurub. Mövsümün ilk yarısında yarımmüdafiəçi müxtəlif zədələr səbəbindən komandasına kömək edə bilməyib.

Daha əvvəl Güləri icarəyə götürməkdə İspaniya çempionatının bir sıra komandalarının maraqlı olduğu bildirilirdi.

Xatırladaq ki, yarımmüdafiəçi ötən yay "Fənərbaxça"dan “Real Madrid”ə keçib. 

0
Real Madrid Arda Gülər Fənərbaxça La Liqa