“Fənərbaxça” gənc futbolçusu Arda Gülerin transfer hüququna tam yiyələnmək istəyir.
Apasport.az saytının məlumatına görə, İstanbul klubu bununla bağlı danışıqları intensivləşdirib.
“Gənclərbirliyi” 17 yaşlı yarımmüdafiəçini 2019-cu ildə 200 min avroya “Fənərbaxça”ya satdığı zaman müqaviləyə növbəti satışdan 20 faizlik gəlir bəndi qoydurub. “Sarı-lacivərdlilər” həmin bəndin ləğvi üçün Ankara təmsilçisi ilə danışıq aparır. Paytaxt klubu bunun üçün qarşı tərəfdən 2 milyon avro tələb edib.
Qeyd edək ki, Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan Arda Güler üçün “Fənərbaxça” astronomik məbləğdə gəlir əldə etmək niyyətindədir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir