[b]Argentina millisində növbəti zədə[/b]
11.06.2018 - 22:07
[b]Argentina millisində növbəti zədə[/b]

Dünya çempionatına bir neçə gün qalmış Argentina millisinin başı zədələrdən açılmır. Apasport.az saytının məlumatına görə, “tanqoçular”ın daha bir futbolçusu xəsarət alıb.

Bu dəfə yarımmüdafiəçi Ever Baneqa  hazırlıq prosesini tamamlaya bilməyib. Belə ki, “Sevilya”nın xavbeki səhər məşqini yarımçıq qoyub.

Onun zədəsinin ağır olmadığı, tədbir məqsədilə dincəldiyi bildirilib.

Qeyd edək ki, daha öncə Manuel Lansini zədələndiyi üçün Argentina millisinin heyətindən çıxarılmışdı. Onun yerinə yığmaya Entso Peres cəlb olunub. Qapıçı Serxio Romero isə mundial başlamamış komandadan ayrı düşmüşdü.