[b]Argentina millisində şok iddia: Sampaoli aşpazı zorlayıb?[/b]
10.06.2018 - 22:00
[b]Argentina millisində şok iddia: Sampaoli aşpazı zorlayıb?[/b]

Argentina millisi ilə bağlı şok məlumat yayılıb. Apasport.az saytı xəbər verir ki, yerli jurnalist Qabriel Anelyonun iddiasına görə, baş məşqçi Xorxe Sampaoli millinin aşpazını təcavüz edib.

Bir müddət əvvəl Lavezzinin yığmanın düşərgəsində narkotik qəbul etdiyini yayan jurnalist bu dəfə Sampaolini ittiham edib: “Sampaoli ilə komandanın aşpazı arasında bir şeylər yaşanıb. Federasiya bu məlumatın ortaya çıxmaması üçün əlindən gələni etdi. Amma söhbət etdiyim hər kəs bunu təsdiqlədi. Haqq-ədalət öz yerini tapmalıdı”.

Qeyd edək ki, dünya çempionatı üçün Rusiyada olan Argentina millisi qrupda Nigeriya, İslandiya və Xorvatiya ilə qarşılaşacaq.