"Arsenal" A Seriyasında hücumçu tapıb
10.09.2024 - 12:12
Seriya A təmsilçilərindən "İnter"in hücumçusu Markus Tyuram Premyer Liqa klubunun hədəfinə çevrilib.
Apasport.az xəbər verir ki, fransız futbolçu ilə "Arsenal" maraqlanır.
Futbolçu ingilis nəhəngləri üçün "B planı" hesab olunur.
Klub "Leypsiq"dən Benjamin Şeşkonu transfer edə bilməsə, Markusun keçidi baş tuta bilər.
"Transfermarkt" portalı Markus Tyuramın dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
Futbolçu bu mövsüm "İnter"in heyətində 3 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0