“Arsenal”ın QARA SİYAHISI
25.03.2023 - 13:17
“Arsenal”ın QARA SİYAHISI

“Arsenal” yay transfer pəncərəsində heyətinə əl gəzdirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 7 futbolçusu ilə vidalaşmağa qərar verib.

Bu oyunçuların satışından əldə olunacaq vəsait heyətin gücləndirilməsinə yönələcək. Londonlular qapıçı Aleks Runarsson, müdafiəçilər Pablo Mari, Sedrik Soareş, Nuno Tavareş, yarımmüdafiəçilər Sambi Lokonqe, Eynsli Meytland-Nayls və hücumçu Nikola Pepeni satmaq fikrindədir.

Daha üç futbolçu qara siyahıya düşə bilər. Florian Baloqun, Kiran Tirni və Rob Holdinqin klubdakı taleyi hələ müəyyənləşməyib.
 

0