Gənclər akademiyasında böyüdüyü "Kolo-Kolo"ya qayıdan çilili futbolçu Arturo Vidalın təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Çilinin paytaxtı Santyaqodakı Monumental stadionuna helikopterlə gələn Vidalı dolu tribunalar qarşılayıb.
36 yaşlı futbolçu əlində qılıncla ata minərək onu gözləyən azarkeşləri salamlayıb.
Almaniyanın “Bayer” və “Bavariya”, İtaliyanın “Yuventus” və “İnter”, İspaniyanın “Barselona” klublarında çıxış edən Vidal bu klublarla 9 liqa çempionu olub.
Təcrübəli futbolçu 2015 və 2016-cı illərdə Çili Milli Komandası ilə Amerika Kuboku çempionluğunu da qazanıb. Sonuncu dəfə "Atletiko Paranaense"də çıxış edən Vidal ötən ay "Kolo-Kolo" ilə müqavilə imzalayıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI