“Atletiko” 40 milyonluq futbolçunu istəyir
07.06.2018 - 01:52
“Milan”ın yarımmüdafiəçisi Suso İspaniyaya qayıda bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Atletiko” 25 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Madrid təmsilçisi İspaniya millisinin üzvü üçün italyanlarla danışıqlara start verib. Susonun “Milan”la müqaviləsindəki bəndə əsasən, futbolçu 40 milyon avro müqabilində sərbəst qala bilər. Bunu nəzərə alan ispanlar keçidi yaxın günlərdə rəsmiləşdirmək niyyətindədilər.
Qeyd edək ki, Suso 2013-14 mövsümündə ölkəsində “Almeriya”nın formasını geyinib.
0
0