"Atletiko" "Barselona"nın futbolçusunu heyətinə qatmaq istəyir
30.04.2024 - 13:19
"Atletiko" "Barselona"nın futbolçusunu heyətinə qatmaq istəyir

"Barselona"nın futbolçusu Ferran Torres "Atletiko Madrid"ə keçə bilər.

Apasport.az "sport.es" portalına istinadla xəbər verir ki, Madrid klubu hazırda icarə əsasında "Blauqrana"da çıxış edən hücumçu Joao Felikslə yollarını ayırmaq istəyir.

"Atletiko" Torresi alacaqları halda portuqaliyalı futbolçunu Kataloniya klubuna satmağa razıdır.  

Bu mövsüm 24 yaşlı Torres "Barselona"nın heyətində 36 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı İspaniya millisinin oyunçusuna 35 milyon avro qiymət qoyub. 

0