[b]“Atletiko” Lemarın transferini həll etdi[/b]
13.06.2018 - 10:01
“Atletiko” və “Monako” arasında prinsipial razılıq əldə olunub. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Toma Lemar karyerasını Madrid klubunda davam etdirəcək.
Yaxın günlərdə klublar transferin geri qalan xırda detallarını müzakirə edəcəklər. İndilik keçidin şərtləri açıqlanmasa da, “Marca” nəşri Lemarın “Atletiko” ilə 5 illik müqaviləyə imza atacağı və transferin 70-80 milyon avroya başa gələcəyini yazıb.
Qeyd edək ki, Toma Lemar hazırda Fransa millisinin Rusiyadakı düşərgəsindədi.
0
0