“Atletiko” Morataya qiymət qoydu
13.08.2022 - 16:43
“Atletiko” Morataya qiymət qoydu

Alvaro Moratanın transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Atletiko” hücumçusunu satacağı məbləği müəyyənləşdirib.

İspaniya klubu Morata üçün 35 milyon avro istəyir. Madridlilər forvardın potensial müştərisi “Mançester Yunayted”i də bu barədə məlumatlandırıb.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında bitəcək Alvaro son iki mövsümü “Yuventus”da icarədə olub.
 

0