“Atletiko” müdafiəçi alır
28.06.2022 - 09:22
“Atletiko” müdafiəçi alır

“Atletiko” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu arxa xəttin sağ cinahını yeniləmək niyyətindədir.

Bu mövqeyə Yosip Yuranoviçin gətirilməsi planlaşdırılır. “Seltik” 26 yaşlı xorvatiyalı üçün 15 milyon avro istəyir.

Qeyd edək ki, müdafiəçi ötən mövsümün 44 oyununda 6 qol vurub.
 

0