[b]“Atletiko” sürpriz transferə hazırlaşır[/b]
12.06.2018 - 16:22
[b]“Atletiko” sürpriz transferə hazırlaşır[/b]

“Monako”nun yarımmüdafiəçisi Toma Lemar karyerasını İspaniyada davam etdirməyə yaxındı. Apasport.az saytının “Cadena Ser”ə istinadən məlumatına görə, “Atletiko” yaxın günlərdə fransız futbolçunun transferini açıqlayacaq.

 

Artıq Lemarın yeni iş yerində geyəcəyi formanın nömrəsinin də bəlli olduğu bildirilib. İddiaya görə, 22 yaşlı oyunçu “Atletiko”da 10 nömrəli formanı tərlədəcək.

 

Geridə qalan mövsümdə Fransa Liqa 1-də 30 matçda meydana çıxan Lemar 2 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun adı daha öncə “Liverpul” və “Arsenal”la birlikdə hallanırdı.