Autsayder məşqçi tapdı
14.02.2023 - 16:11
“Sauthempton”un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunu Cessi Marş çalışdıracaq.
Bir müddət əvvəl “Lids”in istefaya göndərdiyi amerikalı mütəxəssis Premyer Liqanın autsayderinin sükanı arxasına keçəcək.
“Müqəddəslər” Neytan Consla yollarını ayırdıqdan sonra Marşı gətirməyi lazım bilib. Artıq danışıqları başa vuran tərəflər yaxın müddətdə müqavilə imzalayacaq. Marş komandanı “Çelsi” ilə fevralın 18-dəki görüşə çıxarmalıdır.
Qeyd edək ki, 22 oyundan sonra 15 xala malik “Sauthempton” sonuncu pillədə qərarlaşıb.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0