[b]AVRO-2018-də finalçılar müəyyənləşdi[/b]
27.07.2018 - 00:28
[b]AVRO-2018-də finalçılar müəyyənləşdi[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatında yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Finlandiyada keçirilən yarışın finalçıları müəyyənləşib.

 

İtaliya Fransa üzərində inamlı qələbə qazanıb – 2:0. Portuqaliya isə Ukraynanı darmadağın edib – 5:0.

 

Beləliklə, qitə çempionu adı uğrunda matçda İtaliya və Portuqaliya milliləri qarşılaşacaq. Həlledici görüş iyulun 29-da baş tutacaq.