[b]Avrokubokların qeyri-adi qəhrəmanları [/b]
25.07.2018 - 15:05
[b]Avrokubokların qeyri-adi qəhrəmanları
[/b]

UEFA qitəmiqyaslı klub turnirlərinin rekordçu əkizlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə avrokubokdakı oyun və qol sayında ən yüksək göstəriciyə malik cütlər yer alıb.

 

Hər iki cədvəlinə hollandiyalı de Burlar başçılıq edir. Onlar 215 oyunda 24 qol vurub. Frank 130 matçda 13, Ronald isə 85 matçda 11 dəfə rəqib qapılarına yol tapıb. Maraqlıdı ki, ən məhsuldar cütlər arasında xanım futbolçular – Kerşovski bacıları da yer alıb.

 

100 və daha çox oyun keçirən əkizlər

1. De Bur – 215 (Frank – 130, Ronald – 85)

2. Berezutski - 213 (Aleksey – 107, Vasili – 106)

3. Van de Kerkhof – 119 (Villi – 77, Rene – 42)

4. Deqen – 113 (David – 69, Filip – 44)

5. Altintop – 112 (Hamit – 77, Halil – 35)

6. Jevlyakov – 102 (Mihal – 73, Marçin – 29)

 

10 və daha çox qol vuran əkizlər

1. De Bur – 24 (Frank – 13, Ronald – 11)

2. Van de Kerkhof – 18 (Villi – 11, Rene – 7)

3. Sand – 16 (Ebbe – 16, Peter – 0)

4. Brozek – 15 (Pavel – 12, Pyotr – 3)

5-6. Deqen – 13 (David – 12, Filip – 1)

Altintop – 13 (Hamit – 9, Halil – 4)

7. Kerşovski – 10 (İzabel – 10, Monika – 0)