[b]Azar “Çelsi”dən gedir: Nəyisə dəyişməyin vaxtı çatıb
[/b]
14.07.2018 - 23:25
Belçika milli komandasının kapitanı Eden Azar şərfini qoruduğu “Çelsi”dən ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bunu hücumameylli yarımmüdafiəçinin özü açıqlayıb.
O, DÇ-2018-in İngiltərə ilə 3-cü yer uğrunda oyunundan (2:0) sonra yeni kluba keçmək istəyini gizlətməyib: “Çelsi”də 6 gözəl mövsüm keçirdim və fantastik dünya çempionatında oynadım. Ola bilər ki, nəyisə dəyişməyin vaxtı çatıb. Lakin bu mənim qərarım deyil. Klub hər şeyi həll etməlidi. Siz mənim harda olmaq istədiyimi bilirsiz”.
Qeyd edək ki, Azarla İspaniya “Real”ı maraqlanır.
0
0