Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”
08.12.2022 - 16:08
Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”

Belçika millisinin və “Real”ın futbolçusu Eden Azarın kiminlə yerini dəyişmək istədiyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu futbolçunun özü açıqlayıb.

O bildirib ki, ABŞ prezidenti olmaq istəyir: “Planetin hansı şəxsi ilə yerimi dəyişmək istəyərdim? Co Baydenlə. Heç olmasa 5 dəqiqəlik. ABŞ prezidenti olmaq... Ay da! Eden Azar Birləşmiş Ştatların prezidentidir. Necə də səslənir, elə deyilmi? Ağ ev və mən, kabinetdə siqarla yayılardım”.

Qeyd edək ki, Azar “Real”a qədər “Çelsi” və “Lill”də oynayıb.
 

0