[b]“Azərbaycan kimi favorit komandaya qalib gəlmək gücündəyik”[/b]
08.06.2018 - 10:14
[b]“Azərbaycan kimi favorit komandaya qalib gəlmək gücündəyik”[/b]

“Özümüzə daha çox güvənməliyik. Məncə, Latviyada kifayət qədər istedadlı futbolçular var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviya yığmasının yarımmüdafiəçisi Vitali Reçitski deyib.

 

Latviya sabah yoldaşlıq görüşündə Azərbaycan millisi ilə üz-üzə gələcək. Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən “Ventspils”in futbolçusu məqsədlərinin ancaq qələbə olduğunu vurğulayıb.

 

Yığmada debüt oyununu Litva ilə son görüşdə keçirən 32 yaşlı futbolçu millimizi cütün favoriti hesab edir: “Azərbaycan kimi favorit komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək gücünə malikik. Onlar da bizim kimi adi insanlardı. Ola bilsin ki, son oyunlarda baş verənlər psixoloji cəhətdən sarsıntıya səbəb olub. Bu mənada yeni baş məşqçimiz bizə deyib ki, yaxşı futbol oynamaq üçün vəziyyəti dəyişmək lazımdı”.

 

Qeyd edək ki, sabah “Dauqava” stadionunda keçiriləcək Latviya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 19:00-da başlayacaq.