[b]Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı[/b]
07.06.2018 - 14:33
[b]Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız Macarıstanla yoxlama görüşündə üz-üzə gələcək.

 

“Dalğa Arena”da baş tutacaq qarşılaşmanın hakimləri də artıq bəllidi. Belə ki, saat 19:00-da start götürəcək oyunu İnqilab Məmmədov idarə edəcək.

 

Ona Knyaz Əmiraslanov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

 

Mənbə: affa.az