Azərbaycan tarixdə 5-ci oldu
06.06.2018 - 22:54
Azərbaycan tarixdə 5-ci oldu

Azərbaycan millisi Qazaxıstanın tarixinə düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qazaxlar tarixləri ərzində 14-cü böyükhesablı qələbələrini məhz komandamız üzərində qazanıblar.

Son olaraq avqustda Andorranı 3:0 hesabı ilə üstələyən Qazaxıstan seçməsi yığmamıza da eyni hesabla qalib gəlib.

Bu, həm də Qazaxıstanın Avropa zonasına keçdikdən sonra 5-ci böyükhesablı qələbəsi kimi yadda qalıb. Onlar bu 5 qarşılaşmadan 4-də 3 top fərqli qalibiyyətə seviniblər. Belə ki, dünənki rəqibimiz 2012-ci ildən bəri Qırğızıstanı 5:2, 7:1, Tacikistanı 4:1, Andorranı isə 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Qazaxıstan yığması tarixi ərzində ən böyükhesablı qələbəsini 1997-ci ildə Pakistan üzərində qazanıb – 7:0.