[b]Azərbaycan yığmasını elə təriflədi ki... [/b]
07.06.2018 - 11:24
[b]Azərbaycan yığmasını elə təriflədi ki...
[/b]

“İki il əvvəlkindən yaxşı çıxış edirik. İndi müdafiədə etibarlı, hücumda kəsərli və aqressiv oynaya bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviya yığmasının yarımmüdafiəçisi Yanis İkaunyek deyib.

 

Gənc futbolçunun komandası iyunun 9-da Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Yerli mətbuata açıqlama verən 23 yaşlı hücumameylli oyunçu Baltik Kubokunda qarşılaşdıqları rəqiblərlə millimizi müqayisə edib: “Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Azərbaycan yığmasının heyəti daha keyfiyyətlidi. Onlar digərlərindən fəal və hərəkətli kollektivdi. Əlbəttə ki, Azərbaycanla oyunda da iştirak etmək istəyirəm. Ancaq bunun baş verib-verməyəcəyini bilmirəm. Çünki əvvəlki iki görüşdə də 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi mənə Azərbaycana qarşı oynamaq şansı da verər”.

 

Qeyd edək ki, Riqada keçiriləcək Latviya – Azərbaycan matçı Bakı vaxtı ilə 19:00-da start götürəcək.