Azərbaycana qol “Qalatasaray”a yol açdı
28.09.2022 - 12:42
Azərbaycana qol “Qalatasaray”a yol açdı

19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının yarımmüdafiəçisi Hamza Akman “Qalatasaray”ın əsas komandasına cəlb olunub.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 18 yaşlı orta sahə oyunçusunun bu yüksəlişində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-19 komandası ilə keçirilən oyundakı vurduğu qollar həlledici olub.

“Qalatasaray”ın əfsanəvi futbolçusu Ayhan Akmanın oğlu olan Hamza sentyabrın 24-də yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşdə dubla imza atıb. Onun məhz həmin oyundakı performansı “cim-bom”un baş məşqçisi Okan Burukun diqqətini çəkib. Çalışdırıcı gənc yarımmüdafiəçinin əsas komandaya qoşulmasına və Super Liqanın qarşıdakı turlarında iştirak ərizəsinə salınmasına qərar verib.

Qeyd edək ki, “Qalatasaray” VIII tur çərçivəsində oktyabrın 1-də Super Liqada liderliyi bölüşdüyü “Adana Demirspor”la səfərdə üz-üzə gələcək.
 

0