[b]“Azərbaycanda hər şey rejimlədi” - Yuri Maksimov[/b]
08.06.2018 - 09:31
[b]“Azərbaycanda hər şey rejimlədi” - Yuri Maksimov[/b]

“Azərbaycan kubokunda qələbə mənim üçün ilk titul deyil”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Ölkəsində footballhub.com.ua nəşrinə açıqlama verən ukraynalı mütəxəssis Azərbaycan futbolu barədə maraqlı fikirlər səsləndirib: “Azərbaycan mənim üçün yeni bir ölkədi. Orda fərqli futbol və yanaşma var. Hesab edirəm ki, bu ölkədə keçirdiyim 5 ay ərzində çox şeyə nail oldum. Orda mentalitet də tam fərqlidi. Burda futbolçulara istirahət etmək, gəzmək imkanı veririk. Ancaq Azərbaycanda hər şey rejimlədi. AFFA çempionatın 5 komandasını maliyyələşdirir. Digər 3 klubun isə öz prezidenti var”.

Qeyd edək ki, Yuri Maksimov “Keşlə” ilə yeni 1 illik müqavilə imzalamağa razılıq verib.