[b]“Azərbaycandan bəri qələbə üzünə həsrətik”[/b]
07.06.2018 - 16:16
[b]“Azərbaycandan bəri qələbə üzünə həsrətik”[/b]

Dünya çempionatına hazırlığını davam etdirən Almaniya yığmasının son nəticələri mətbuatda geniş müzakirə mövzusuna çevrilib. Apasport.az saytı xəbər verir ki, Bundestimin yoldaşlıq görüşlərində qələbə qazanmaması Almaniya KİV-ni ciddi şəkildə narahat edir.

Almaniyalı həmkarlarımız son dünya çempionunun axırıncı dəfə Azərbaycan üzərində qazandığı qələbənin artıq unudulduğunu vurğuayıblar: “Seçmə mərhələnin son turunda Azərbaycanı 5:1 hesabı ilə məğlub edən Yoahim Lövün kollektivi yoldaşlıq görüşlərində heç də xoş gələcək vəd etmir. Azərbaycandan bəri qələbə üzünə həsrətik. Həmin oyunun üzərindən artıq 8 ay vaxt keçib və azarkeşlər son qələbəni unudub. Düzdü, komanda yoxlama oyunlarında bu nəticələri göstərir. Ancaq mundiala hazırlıq çərçivəsində qalibiyyət də önəmlidi”.

Qeyd edək ki, Almaniya – Azərbaycan qarşılaşması ötən il oktyabrın 8-də Kayzerslauterndə keçirilib. Almanlar həmin vaxtdan bəri İngiltərə (0:0), Fransa (2:2) və İspaniya (1:1) ilə heç-heçə edib, Braziliya (0:1) və Avstriyaya (1:2) isə məğlub olub.