“Azərbaycanla oyunda dəyişikliklər edəcəm” – Latviya yığmasının baş məşqçisi
06.06.2018 - 11:42
“Azərbaycanla oyunda dəyişikliklər edəcəm” – Latviya yığmasının baş məşqçisi

“Oyun gözlədiyimiz kimi keçdi. Bilirdik ki, Litva çox sürətli və fərdi cəhətdən təhlükəli futbolçulara sahib komandadı. Yetirmələrim tapşırığın öhdəsindən gələ bildilər”. Apasport.az saytının məlumatına görə, bunu Latviya yığmasının baş məşqçisi Miksu Patelaynen deyib.

 

Baltik Kubokunda ikinci matçını Litvaya qarşı keçirən latviyalılar heç-heçə edərək (1:1), turnirin qalibi olublar. Qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirən Patelaynen Azərbaycan millisi ilə keçiriləcək növbəti yoldaşlıq görüşü barədə də fikir bildirib: “Latviya yığması Baltik Kubokunu qazanmağa layiq idi. Çünki bu turnirin qalibi olmaq üçün futbolçular çox çalışdılar. Estoniya ilə matçdan sonra heyətdə çox dəyişiklik etdik. Ona görə yox ki, futbolçular zəif çıxış etmişdilər. Çünki digər oyunçuları da meydanda görmək istəyirdim. Azərbaycanla qarşılaşmada da dəyişikliklər edəcəm. Bu oyun çətin olacaq, bizim üçün heç də asan keçməyəcək. Sentyabr ayında başlayacaq Millətlər Liqasına qədər çox futbolçunu izləmək istəyirəm”.

 

Qeyd edək ki, Latviya – Azərbaycan görüşü iyunun 9-da Dauqavada baş tutacaq.