[b]Azərbaycanlı hakim Avropa çempionatında[/b]
12.06.2018 - 19:23
[b]Azərbaycanlı hakim Avropa çempionatında[/b]

Azərbaycanlı hakim Xəyalə Əzizzadə Avropa çempionatının final mərhələsində iştirak edəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA dərəcəli hakim 19 yaşadək qızlardan ibarət komandalar arasında yarışa təyinat alıb.

 

Həmyerlimiz iyunun 18-dən 30-dək keçiriləcək turnirin matçlarında iş başında olacaq. Yarış İsveçrədə təşkil olunacaq. Əzizzadə AÇ-də yan xətt funksiyasını yerinə yetirəcək.