[b]“Bakıya qayıtdıqdan sonra müqavilə imzalayacam” – braziliyalı futbolçu[/b]
11.06.2018 - 15:40
[b]“Bakıya qayıtdıqdan sonra müqavilə imzalayacam” – braziliyalı futbolçu[/b]

“Keşlə”də müdafiəçi Denis Silvanın taleyinə aydınlıq gəlib. Bu barədə apasport.az saytına açıqlamasında 33 yaşlı futbolçu özü məlumat verib.

Hazırda ailəsi ilə birlikdə istirahətdə olduğunu bildirən braziliyalı oyunçu növbəti mövsümü də ölkəmizdə keçirəcək. O, Bakıya qayıtdıqdan sonra klubu ilə yeni sözləşmə imzalacağını bildirib: “Rəhbərliklə bu barədə danışığımız olub. “Keşlə”də qalmaq qərarına gəlmişəm. İndi ağır mövsümün yorğunluğunu çıxarmaqla məşğulam. Bakıya qayıtdıqdan sonra yeni birillik müqavilə imzalayacam”.

Qeyd edək ki, 2008-ci ildən bəri ölkəmizdə “Xəzər Lənkəran” və “Neftçi”nin də formasını geyinmiş Denis Silva 2015-ci ildən “Keşlə”də çıxış edir.