[b]Balotelli haqqında növbəti iddia[/b]
11.06.2018 - 23:03
Mario Balotelli haqqında transfer xəbərlərinə biri yenə əlavə olunub. Apasport.az saytının məlumatına görə, italiyalı hücumçunun adı “Marsel”lə yanaşı çəkilir.
“Nitsa” ilə müqaviləsi başa çatan 27 yaşlı hücumçu ilə klub arasında transfer detallarının razılaşdırıldığı bildirilir. Keçidin baş tutması üçün Marsel klubu UEFA-nın maliyyə feyr-pley qanunlarını pozmamalıdı.
İtalyan forvardın adı bir neçə gün əvvəl “Qalatasaray”la yanaşı hallansa da, İstanbul klubu bu iddiaları təkzib etmişdi.
Qeyd edək ki, Balotelli son mövsüm “Nitsa”nın heyətində 38 oyun keçirib və 26 qola imza atıb.
0
0