Balotelli İtaliyaya qayıda bilər
08.10.2024 - 11:56
Balotelli İtaliyaya qayıda bilər

“Mançester Siti”nin və “Milan”ın keçmiş hücumçusu Mario Balotelli İtaliya A Seriyasına qayıda bilər.

Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, “Torino” italiyalı forvardla maraqlanır. 

“Torino” zədəli Duvan Sapatanın əvəzinə Balotellini nəzərdən keçirir. O, Turin klubuna azad agent kimi keçə bilər.

Qeyd edək ki, 34 yaşlı hücumçunun son iş yeri ötən yay tərk etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu olub. İtalyanın transfer dəyəri 650 min avro olaraq qiymətləndirilir.
 

0