"Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi
04.03.2024 - 12:17
"Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi

"Barselona" 25 liqa matçında ilk dəfə qol vura bilməyib. 

Apasport.az xəbər verir ki, Kataloniya klubu İspaniya çempionatının XXVII turunda "Atletik"lə (0:0) xalları bölüşüb. 

Xatırladaq ki, sonuncu dəfə avqust ayında “Xetafe” ilə qarşılaşan komandanın oyunu qolsuz bərabərliklə nəticələnmişdi. 

Qeyd edək ki, İspaniya çempionatının növbəti turunda “Barselona” doğma meydanda “Malyorka” ilə qarşılaşacaq.

0