“Barselona” “Roma”ya transfer olunduğu yazılan, “Bordo”nun yarımmüdafiəçisi Malkom uğrunda mübarizəyə qoşulub. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, katalon klubu son anda 21 yaşlı futbolçuya görə 41 milyon avro təklif edib.
“Çelsi”nin Villiana görə 70 milyon avro tələb etməsi səbəbindən “Barselona” hədəfini Malkoma dəyişib.
“Roma” dünən braziliyalı orta sahə oyunçusunun transferini “Bordo” ilə razılaşdırdığını, keçidin komandaya 32 milyon avro və əlavə bonuslar (4 milyon avro) hesabına başa gəldiyini açıqlamışdı.
Malkomun agenti “Roma” ilə anlaşdıqlarını, lakin son anda belə bir təklifin ortaya çıxmasının onları çaş-baş saldığını qeyd edib.