"Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
07.10.2024 - 10:57
"Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib

"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün əvvəlində inamlı oyun nümayiş etdirib.

Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu mövsüm keçirdiyi 10 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Polşalının performansından razı olan klub rəhbərliyi növbəti mövsüm üçün əsas hücumçu almayacaq.

Kataloniya klubu ilə Levandovskinin müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Futbolçu 2022-ci ilin yayında "Bavariya"dan transfer olunduqdan sonra "Barselona"da çıxış edir.

0