“Barselona” Ndika ilə anlaşdı
06.02.2023 - 23:23
“Ayntraxt”ın futbolçusu Evan Obite Ndika “Barselona”ya keçəcək.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 23 yaşlı müdafiəçi ilə razılıq əldə edib.
Yayda azad agent statusu alacaq fransalı La Liqa təmsilçisinə pulsuz başa gələcək. Ndika 2018-ci ildən “Ayntraxt”da çıxış edir. O, cari mövsüm 27 oyun keçirib.
Qeyd edək ki, müdafiəçi Fransanın U-21 yığmasında oynasa da, əsas komandaya çağırılmayıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0