“Barselona” "Nou Kamp"da oynamayacaq - SƏBƏB
01.04.2023 - 11:32
“Barselona”nın növbəti mövsüm ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi "Nou Kamp"da tikinti işləri ilə əlaqədar Olimpiya Stadionunda meydana çıxacaq.
Komanda rəhbərliyi artıq bu barədə İspaniya Futbol Federasiyasına məlumat verib. Dəyişikliklə bağlı UEFA-nın da məlumatlandırılması planlaşdırılır.
Qeyd edək ki, İspaniya klubunun 2024-cü ilin noyabrına qədər Olimpiya Stadionunda oynayacağı gözlənilir. Sözügedən stadion 55 926 tamaşaçı tutumuna malikdir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0