“Barselona” “Atletiko”nun hücumçusu Antuan Qrizmannın alternativini tapıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu fransalı forvarddan “yox” cavabını alsa, “Liverpul”un lideri Məhəmməd Salahla danışıqlara başlayacaq.
Qrizmann hələ də “Barsa”ya keçib-keçməyəcəyini qətiləşdirməyib. Bunu nəzərə alan ispanlar Salahla ilkin təmas da qurub və niyyətini misirli oyunçuya çatdırıb. Həmçinin ulduz futbolçunun nümayəndələri də Salahın “Barselona”ya keçməkdə maraqlı olduğunu bildiriblər. Lakin onu almaq heç də asan olmayacaq. Çünki “Real” da 25 yaşlı hücumameylli futbolçunun xidmətində maraqlıdı.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyunda 32 qola imza ataraq, yeni rekord qırmışdı.