La Liqa təmsilçilərindən "Barselona" klubu cari "transfer pəncərəsi"ndə yarımmüdafiəçi Pedri ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, Kataloniya klubu futbolçunun satışından təxminən 100 milyon avro qazana bilər.
Bu sövdələşmə "Atletik Bilbao"dan vinger Niko Uilyamsın transferini xeyli asanlaşdıracaq. Tərəflər bu transferlə bağlı danışıqlar aparır.
Həmçinin Kataloniya nəhənginin sıralarını Pedridən başqa müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenki de Yonq da tərk edə bilər. “Barselona”nın futbolçularına iddialılar arasında “Bavariya” və Fransanın PSJ klubları da var.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"