"Barselona"dan Pedri QƏRARI
12.04.2024 - 20:40
"Barselona"dan Pedri QƏRARI

"Barselona"nın istedadlı yarımmüdafiəçisi Pedri PSJ-nin radarına düşüb.

Apasport.az xəbər verir ki, şayiələrə görə, Liqa 1 nəhəngi bu oyunçunu almaq üçün böyük məbləğdə pul xərcləməyə hazırdır. Bunun fonunda Kataloniya klubu Pedri ilə bağlı qərar qəbul edib - “mavi qranatlar” 21 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəyir.

"Barselona" artıq Pedri üçün rəsmi təklif hazırlayır, tərəflər arasında tezliklə danışıqlara başlanacaq. İspaniyalının hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

"Blauqrana"nın əsas heyətində yarımmüdafiəçi 134 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

0