[b]“Barselona”nın futbolçusu Premyer Liqa klubunda[/b]
11.06.2018 - 17:03
[b]“Barselona”nın futbolçusu Premyer Liqa klubunda[/b]

“Barselona”nın yarımmüdafiəçisi Jerar Deulofeu “Uotford”la müqavilə imzalayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, İngiltərə Premyer Liqasının iştirakçısı ispan futbolçu ilə 5 il müddətinə anlaşıb.

Keçid “Uotford”a 11,5 milyon funt sterlinqə başa gəlib.

Deulofeu mövsümün ikinci yarısını ingilis klubunda icarə əsasında keçirmişdi. Bu müddət ərzində 7 matçda meydana çıxan futbolçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.